Bank Of Baku

Bu il Gürcüstan ali təhsil ocaqlarında 25 381 nəfər tələbə təhsil alacaq

Bu il Gürcüstan ali təhsil ocaqlarında 25 381 nəfər tələbə təhsil alacaq
# 10 sentyabr 2010 20:20 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Sentyabrın 10-da Gürcüstanda Vahid Milli İmtahanların nəticələri məlum olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Təhsil və Elm nazirinin müavini Akaki Seperteladze və Milli İmtahanlar Mərkəzinin rəhbəri Maya Miminoşvili jurnalistlər üçün keçirdikləri mətbuat konfransında bildiriblər. Məlumata görə, yeni dərs ilində Gürcüstanın akkreditə olunan ali təhsil ocaqlarında 25 381 nəfər tələbə oxuyacaq. Bunlardan eyni zamanda 3 276 nəfər yüksək peşəkar proqram çərçivəsində təhsil alacaq.
Mətbuat konfransında bildirilib ki, 2 085 tələbə təkrar imtahan vermə nəticəsində ali məktəblərə qəbul edilib. İmtahanların ilkin mərhələsinin nəticələrinə görə, 23 396 nəfər qəbul olunub.
Qeyd edək ki, bu il Gürcüstan ali təhsil ocaqlarına qəbul olmaq üçün 36 mindən çox abituriyent qeydiyyatdan keçib.
Məlumata görə, bu il gürcü ali təhsil məktəblərinə 200-dən çox azərbaycanlı qəbul edilib. Onlardan 100 nəfərin təhsil haqqı dövlət hesabına olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR