Bank Of Baku

Gürcüstan məktəblərində “Dünya Mədəniyyəti” adlı fənn keçiriləcək

Gürcüstan məktəblərində “Dünya Mədəniyyəti” adlı fənn keçiriləcək
# 10 sentyabr 2010 22:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Yeni tədris ilində Gürcüstanda fəaliyyət göstərən məktəblərdə yeni fənn - “Dünya Mədəniyyəti” fənni tədris olunacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, orta məktəblərdə bu fənni tədris etmək üçün XI sinif müəllimlərinə 4 gün treninq keçirilib. Gürcüstan üzrə 18 müəllim “Dünya Mədəniyyəti”ni tədris etmək üçün sertifikat alıb. Pilot proqramı çərçivəsində tədris olunacaq bu proqram 12 açıq və 2 özəl məktəbdə həyata keçiriləcək.
Məlumata görə, “Dünya Mədəniyyəti” fənninin proqram detallarını Qiymətləndirmə Mərkəzinin mütəxəssisləri və “Dərslik layihələri” qrupu hazırlayıb.
APA-nın məlumatına görə, sentyabrın 10-da Gürcüstan Elm və Təhsil nazirinin birinci müavini Akaki Seperteladze “Dünya Mədəniyyəti” üzrə dərs deyəcək XI sinif müəllimlərinə sertifikatlar təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR