Bank Of Baku

Gürcüstanda jurnalistlərin hüquqi müdafiəsi üçün veb-sayt yaradılıb

Gürcüstanda jurnalistlərin hüquqi müdafiəsi üçün veb-sayt yaradılıb
# 11 sentyabr 2010 00:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda jurnalistlərin hüquqi müdafiəsi üçün veb-sayt (www.gmldc.ge) fəaliyyət göstərməyə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, veb-sayt Gürcüstan KİV Hüquqi Müdafiəsi Mərkəzi tərəfindən yaradılıb. Sayt istifadəçiləri hüquqşünaslara öz suallarını göndərə bilər, gələcək layihələr barədə məlumat ala bilər və keçiriləcək media-treninqlərin materialları ilə tanış ola bilərlər.
Qeyd edək ki, Gürcüstan KİV Hüquqi Müdafiəsi Mərkəzi 2009-cu ilin noyabrında “Gürcüstan KİV nəzarətedici institut rolunda” layihəsi çərçivəsində yaradılıb. Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Avro-Asiya Əməkdaşlığı Fondu vasitəsi ilə və Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir. Mərkəz jurnalistlərə və media vasitələrinə pulsuz hüquqi kömək göstərir. KİV nümayəndələri öz hüquqlarını müdafiə etmək məqsədi ilə və jurnalist fəaliyyətində informasiya almağa qarşı tərəfdən maneçilik və problemlər yaranarsa, bu zaman onlar hüquqşünaslara müraciət edə bilərlər.
Gürcüstan KİV Hüquqi Müdafiəsi Mərkəzi jurnalistlərin hüquqi biliyini artırmaq üçün treninqlər və seminarlar da keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR