Bank Of Baku

Tacikistan-Əfqanıstan sərhədində 20-dən çox “Taliban” silahlısı öldürülüb

Tacikistan-Əfqanıstan sərhədində 20-dən çox “Taliban” silahlısı öldürülüb
# 11 sentyabr 2010 15:01 (UTC +04:00)
Bakı – APA. Tacikistan-Əfqanıstan sərhədində Tacikistan sərhədçiləri və Əfqanıstandan gələn silahlı qrup arasında toqquşma baş verib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, avtomat silahlar və qumbaraatanlardan istifadə olunan döyüş təxminən 1 sutka davam edib və sentyabrın 11-nə keçən gecə yekunlaşıb. Döyüş zamanı azı 20 silahlı öldürülüb. Sərhədçilərdən 1-i həlak olub.

Toqquşma Tacikistanın “Pənc” sərhəd dəstəsinin Pənc çayındakı adalarda bir qrup “Taliban” mənsubu ilə qarşılaşmasından sonra başlayıb. Silahlı qrup 40 nəfərdən ibarət olub. Sərhədçilər talibləri Əfqanıstana doğru sıxışdırıblar. Hadisə yerində silah-sursat, “Taliban” və “Əl-Qaida”ya aid təşviqat materialları tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR