Bank Of Baku

Mahaçqalada keçirilən xüsusi əməliyyatda 8 terrorçu öldürülüb

Mahaçqalada keçirilən xüsusi əməliyyatda 8 terrorçu öldürülüb
# 13 sentyabr 2010 07:41 (UTC +04:00)
Kızılyurt rayonunda da terrorçulara qarşı əməliyyat davam edir

Moskva-APA. Mahaçqalanın rayonlarından birində keçirilən antiterror əməliyyatının aktiv mərhələsi davam edir. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, 19 saatdır davam edən əməliyyat nəticəsində 8 terrorçu, o cümlədən bir qadın zərərsizləşdirilib. Dağıstanın Kızılyurt rayonunun Komsolomsk kəndində keçirilən əməliyyatda da üç terrorçu öldürülüb. Öldürülən terrorçuların cəsədləri bu gün səhər tapılıb. Silahlıların kənd administrasiyasının rəhbəri Xvarzat Şaripovun qardaşının evində gizləndiyi bildirilir. Xüsusi əməliyyatda federal qüvvələrlə terrorçular arasında danışıq aparmaq missiyasını öz üzərinə götürən Şaripov öldürülüb. Onun dörd yaşlı övladını evdən sağ-salamat çıxara bildiyi qeyd olunur. Hazırda əməliyyat davam edir. İlkin məlumata görə, federal qüvvələr də itki veriblər. DİN xüsusi təyinatlı qüvvələrindən iki nəfərin əməliyyatda öldürüldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR