Bank Of Baku

Rus imperatoru VI İvanın cəsədinin qalıqları aşkarlanıb

Rus imperatoru VI İvanın cəsədinin qalıqları aşkarlanıb
# 13 sentyabr 2010 13:25 (UTC +04:00)
Moskva-APA. Rusiya tədqiqatçıları imperator VI İvanın cəsədinin qalıqlarını aşkarlayıblar. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, qalıqlar Arxangelsk vilayətində gizli dəfn olunmuş generalissimus Antpn Ulrix Braunşveyqskin məzarının axtarışı zamanı tapılıb. Tapılan cəsədlər sırasında sol kürək nahiyəsində qılınc yarası aşkarlanan cəsəd maraq doğurub. Moskvada keçirilən ekspertizanın nəticələrinə görə, tapılan sümüklərin imperator VI İvanın olması ehtimalı böyükdür. Xatırladaq ki, VI İvan məzarı məlum olmayan yeganə rus imperatorudur. VI İvan 1740-cı ildə Peterburqda anadan olub. Anna İvanovnanın ölümündən sonra iki aylıq İvan imperator elan olunub, hersoq Biron Kurlandski isə onun qəyyumu elan edilib. 404 gün sonra Yelizaveta Petrovna saray çevrilişi edib və VI İvanın bütün ailəsi Xolmoqora sürgün edilib. 12 il sürgün həyatı yaşayan imperator 16 yaşında Şlisselburq qalasında təkadamlıq kameraya salınıb. 1764-cü ildə II Yekatrinanın hökmranlığı dövründə poruçik Vasili Miroviç VI İvanın həbsdən azad etməyə çalışsa da, həbsxana nəzarətçiləri təlimata uyğun olaraq sabiq imperatoru qılıncla öldürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR