Bank Of Baku

Rusiya Xarici İşlər Nazirliyi: “Haaqa məhkəməsinin Gürcüstanın Rusiyaya qarşı iddiasına baxmaq səlahiyyəti yoxdur”

Rusiya Xarici İşlər Nazirliyi: “Haaqa məhkəməsinin Gürcüstanın Rusiyaya qarşı iddiasına baxmaq səlahiyyəti yoxdur”
# 13 sentyabr 2010 14:31 (UTC +04:00)
Moskva-APA. “Haaqa məhkəməsi Gürcüstanın Rusiyaya qarşı iddiasına baxmaq səlahiyyətinə malik deyil”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin hüquq departamentinin direktoru, Rusiyanın bu məhkəmədə nümayəndəsi Kirill Gevorkyan söyləyib. O bildirib ki, “iddia ərizəsi Gürcüstanın hərbi avantürası süquta uğradıqdan sonra təqdim olunub, bununla da iddiaçı dövlət özünü öz yaratdığı münaqişənin qurbanı kimi təqdim etməyə çalışıb”.

Xatırladaq ki, bu gün Haaqada Gürcüstanın Abxaziya və Cənubi Osetiyada baş verən hadisələrlə bağlı Rusiyaya qarşı iddiasına dair dinləmələr keçirilib. Gürcüstan Rusiyanı 1990-2008-ci illərdə hər növ irqi ayrı-seçkiliyin ləğv edilməsinə dair beynəlxalq konvensiyanı pozmaqda ittiham edir. 2008-ci ilin oktyabrında Haaqa Məhkəməsi iddia ilə bağlı ilkin qərar çıxararaq Moskva və Tiflisə Abxaziya və Cənubi Osetiya ərazisində hər hansı irqi diskriminasiyadan çəkinməyə çağırıb. Rusiya ötən ilin dekabrında Gürcüstanın iddiasının qanuni olmadığına qarşı etirazını bildirib. Keçirilən son dinləmələr məhz bu etirazlara həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR