Bank Of Baku

Hillari Klinton Yaxın Şərqə yola düşüb

Hillari Klinton Yaxın Şərqə yola düşüb
# 14 sentyabr 2010 00:46 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət katibi Hillari Klinton bu həftə İsrail-Fələstin sülh danışıqlarının ikinci raundunu keçirmək üçün Yaxın Şərqə yola düşüb. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Klinton və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel sabah Misirin Qırmızı dənizdə yerləşən kurort şəhəri Şərm-əl-Şeyxdə, çərşənbə gün isə Qüdsdə danışıqlarda iştirak edəcəklər. İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasına moratoriumu uzatmayacağını deyib, lakin tikinti işlərinin məhdud şəkildə aparılacağına işarə edib. Tikinti işlərinin müəyyən hissəsi dondurulması üçün qoyulmuş10 aylıq müddət sentyabrın 26-da bitir. Fələstinlilərin prezidenti Mahmud Abbas inşa işləri bərpa olsa, Yaxın Şərq sülh danışıqlarından çıxacağı ilə hədələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR