Bank Of Baku

MDB baş prokurorlarının yığıncağı keçiriləcək

MDB baş prokurorlarının yığıncağı keçiriləcək
# 14 sentyabr 2010 09:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sentyabrın 15-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin baş prokurorlarının Koordinasiya Şurasının iclası keçiriləcək. APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın baş prokuroru Yuri Çaykanın sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Ermənistanın baş prokurorları və onların müavinləri iştirak edəcəklər.
Yığıncaqda terrorçuluq və ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri ilə mübarizə və qeyri-qanuni miqrasiyanın qarşısının alınması məsələləri müzakirə olunacaq.
Toplantıda həmçinin Koordinasiya Şurasının sədri və icraçı katibi seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR