Bank Of Baku

Rumıniya vətəndaşı Serj Sarkisyana məktub yazaraq, rüşvət qarşılığında Ermənistan həbsxanasından necə çıxdığını açıqlayıb

Rumıniya vətəndaşı Serj Sarkisyana məktub yazaraq, rüşvət qarşılığında Ermənistan həbsxanasından necə çıxdığını açıqlayıb
# 14 sentyabr 2010 09:49 (UTC +04:00)
Bakı-APA. Ermənistanda bank kartları ilə fırıldaqlarda ittiham olunan Rumıniya vətəndaşı Oliver Raduku Marian prezident Serj Sərkisyana məktubla müraciət edib. APA-nın məlumatına görə, o öz məktubunda həbsxanaya düşməkdən necə yaxa qurtardığını yazıb. Marian Ermənistan xüsusi xidmət orqanları tərəfindən 2008-ci ilin avqustunda həbs olunub. O saxta plastik kartlar vasitəsilə bankomatlardan on minlərlə dollar vəsaiti qanunsuz olaraq mənimsəməkdə ittiham olunub. Bu işlə əlaqədar daha bir neçə nəfər həbs olunub. “Aykakan jamanak” qəzetinin yazdığına görə, Marian cinayətkar qruplaşmanın rəhbəri olub. Bununla beləməhkəmə onun cəmi iki il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 14 ay həbsdə yatdıqdan sonra Marian azadlığa buraxılıb və Ermənistanı tərk edib. Onun əlaltılarından Konstantin Stenqaçu adlı şəxs isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həmin şəxs Vardaşen cəzaçəkmə müəssisəsində saxlanır.

Məktub müəllifi qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqinə, onun rəisinə, prokuror və hakimə ümumilikdə 50 min avro və 20 min dollar rüşvət verərək azadlığa çıxıb. Rüşvət alan hüquq-mühafizə orqanlarının əməkdaşları işi Konstantin Stenqaçunun ayağına yazıblar. Prezidentə müraciət edən Marian günahını etiraf edib və onun ucbatından Konstantin Stenqaçunun günahsız yerə həbsə düşdüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR