Bank Of Baku

Jurnalist Georgi Qonqadzenin qətlini sifariş edən şəxsin adı açıqlanıb

Jurnalist Georgi Qonqadzenin qətlini sifariş edən şəxsin adı açıqlanıb
# 14 sentyabr 2010 11:44 (UTC +04:00)
APA-nın “Ukrainskaya pravdaya” istinadən yaydığı məlumata görə, bu barədə məlumat qətli gerçəkləşdirən yüksək rütbəli milis əməkdaşlarından ibarət qrupa rəhbərlik etmiş sabiq general Aleksey Pukaça qarşı irəli sürülüən ittihamnamədə öz əksini tapıb. Sənəddə sabiq nazirin əməlləri belə əks olunub: “2000-ci il sentyabrın 13-14-də daxili işlər naziri Yuri Kravçenko öz kabinetində Kiyev Şəhər Baş Polis İdarəsinin rəisi Aleksey Pukaça şifahi şəkildə göstəriş verərək jurnalist Georgi Qonqadzeni öldürməyi tapşırıb”.

İttihamnamənin sonunda Aleksey Pukaçın cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmasının zəruriliyi qeyd olunur. Sabiq general səlahiyyətlərini aşmaqda və ağırlaşdırıcı hallarla qətl törətməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə Aleksey Pukaçı ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, cinayət işində adı keçən üç milis əməkdaşı müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Qətlin sifarişçisi olduğu güman edilən sabiq daxili işlər naziri Yuri Kravçenko isə 2005-ci ildə öz baş evində intihar edib. Sabiq nazir Qonqadzenin işi üzrə Baş Prokurorluğa çağırılan gün özünü öldürüb. Ölməzdən əvvəl sabiq nazir jurnalistin ölümündə günahkar olmadığını və siyasi intriqaların qurbanı olduğunu yazıb.

Qeyd edək ki, Georgi Qonqadze 2000-ci ilin payızında öldürülüb. Onun meyiti Kiyev yaxınlığında meşədən tapılıb. 2009-cu ildə əməliyyat qrupu sabiq general Pukaçı həbs ediblər, o istintaq zamanı jurnalistin başının basdırıldığı yeri göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR