Bank Of Baku

Dekabrda Belarusda prezident seçkisi keçiriləcək

Dekabrda Belarusda prezident seçkisi keçiriləcək
# 14 sentyabr 2010 12:10 (UTC +04:00)
Bakı – APA. Belarusda növbəti prezident seçkilərinin vaxtı müəyyənləşib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, seçki 2010-cu il dekabrın 19-da keçiriləcək. Qərar Belarus parlamentinin Nümayəndələr Palatasında yekdilliklə qəbul olunub.

Qeyd edək ki, Belarusa 1994-cü ildən bəri Aleksandr Lukaşenko rəhbərlik edir. Hazırda onun 3-cü prezidentlik müddəti başa çatmaqdadır. Konstitusiyaya edilmiş dəyişikliyə əsasən A. Lukaşenko istədiyi qədər prezidentliyə namizəd ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR