Bank Of Baku

Bolnisidə “Biblus” adlı kitab mağazası şəbəkəsi açılıb

Bolnisidə “Biblus” adlı kitab mağazası şəbəkəsi açılıb
# 14 sentyabr 2010 20:51 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə-APA. Sentyabrın 14-də Bolnisidə “Biblus” adlı kitab mağazası şəbəkəsi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılışda Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Bolnisi rayon icra hakimiyyəti nümayəndələri və gürcü yazıçısı Rezo Çeişvili iştirak edib. David Kirkitadze jurnalistlərə bildirib ki, bu mağaza Bolnisidə oxucular üçün açılan və çox vacib olan ilk kitab mağazasıdır. “İndiyədək Bolnisi oxucuları kitab üçün Tbilisiyə və Rustaviyə üz tuturdular. Belə bir görkəmdə olan kitab mağazaları fikrimcə, alqışlanmalıdır. Mən belə obyektləri açan insanları həmişə dəstəkləmişəm və indi onlara təşəkkürümü bildirirəm. Onlar böyük iş görürlər. Kitab oxumadan, savad almadan böyüyən gələcək nəsil müasir dünyada ətrafımızda baş verən hadisələrə cavab verə bilməz.”
Tədbir zamanı Bolnisidə açılan kitab mağazasından ilk dəfə kitab alanlara xüsusi çeklər təqdim olunub. Gürcü yazıçısı Rezo Çeişvili oxucular üçün öz kitablarına avtoqraf yazıb. Açılış tədbirində “Biblus” mağazası gürcü nəsr incilərinin yenicə çapdan çıxan cildlərini Asanidze və Mçedlidze çoxuşaqlı ailəsinə bağışlayıb. Bundan başqa mağaza tədbirdə sosial müdafiəsi zəif olan Əhmədovlar və Vanyan ailələrinin məktəbə gedən uşaqları üçün məktəb-dəftərxana ləvazimatları hədiyyə edib.
Qeyd edək ki, Gürcüstanda indiyədək 18 ədəd “Biblus” adlı mağazalar şəbəkəsi açılıb. Burada bədii kitablarla bərabər, dərsliklər də əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR