Bank Of Baku

Gürcüstan prezidentindən 3000 nəfər birinci sinif şagirdi hədiyyə - noutbuk alacaq

Gürcüstan prezidentindən 3000 nəfər birinci sinif şagirdi hədiyyə - noutbuk alacaq
# 15 sentyabr 2010 03:12 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. “Sentyabrın 15-də Gürcüstanda yeni dərs ili başlanır. Bu əlamətdar gün münasibəti ilə Gürcüstan prezidenti Mixail Saakaşvili bütün məktəbliləri, o cümlədən xüsusilə sentyabrın 15-də I sinifə gedəcək uşaqları təbrik edib. Həmin gün 3000 nəfər birincilər və onuncu sinif əlaçıları prezident tərəfindən verilən hədiyyə - notburk alacaqlar.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi bildirib. “Gürcüstan prezidentinin tapşırığına əsasən bütün məktəbliləri təbrik etmək istəyirəm. Xüsusilə, yeni dərs ilində məktəbə gedəcək birinciləri. Eyni zamanda bildirim ki, 3000 nəfər birinci sinif şagirdlərinə prezident hədiyyəsi - noutbuk veriləcək. Batumi və Zuqdidi məktəbliləri, Tiflis və Kutaisi də xüsusi məktəblərdə təhsil alan məktəblilərin bir hissəsi noutbuk hədiyyəsi ilə təmin olunacaqlar. Gələn ildən isə prezident birincilərə daha çox noutbuk verəcək”,-” Mancqaladze deyib. O, onuncu sinif şagirdlərinin də bu hədiyyəni alacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR