Bank Of Baku

Bir neçə gün əvvəl terror aktı törədilmiş Vladiqafqaz bazarında yenidən bomba həyəcanı yaşanıb

Bir neçə gün əvvəl terror aktı törədilmiş Vladiqafqaz bazarında yenidən bomba həyəcanı yaşanıb
# 15 sentyabr 2010 10:05 (UTC +04:00)
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 9.45 radələrində naməlum şəxs Vladiqafqaz hüquq-mühafizə orqanlarından birinə zəng edərək bazara bomba qoyulduğunu bildirib. Dərhal hadisə yerinə minaaxtaranlar və kinoloqlar gəlib. Hazırda bazarın ərazisi mühasirəyə alınaraq ciddi təftiş olunur.

Qeyd edək ki, bu il sentyabrın 9-da bu bazarda kamikadze tərəfindən törədilən terror nəticəsində 17 nəfər həlak olub, 160 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həlak olanlar arasında 2 azərbaycanlı da olub. Həmin gündən bağlanan bazar bu gün fəaliyyətini bərpa etməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR