Bank Of Baku

MDB iqtisadiyyat nazirləri azad ticarət zonası barədə sazişi müzakirə edəcəklər

MDB iqtisadiyyat nazirləri azad ticarət zonası barədə sazişi müzakirə edəcəklər
# 16 sentyabr 2010 04:04 (UTC +04:00)
Bakı-APA. MDB çərçivəsində azad ticarət zonası barədə sazişin layihəsi bu gün Moskvada MDB iqtisadiyyat nazirlərinin toplantısında müzakirə olunacaq.

«MDB-dəki hazırkı iqtisadi vəziyyəti, bir sıra Birlik ölkələrinin ÜTT-də üzvlüyünü və digər ölkələrin də bu təşkilata daxil olmaq istəklərini nəzərə alaraq dövlətlərarası ticarət münasibətlərinin hüquqi bazasını yaxşılaşdırmaq zərurəti yaranır. Ona görə də azad ticarət zonası barədə sazişin layihəsi hazırlanıb», deyə MDB İcraiyyə komitəsinin mətbuat xidmətindən bildiriblər.

MDB-nin Minskdəki qərargahında vurğulayıblar ki, layihənin hazırlanması məsələsi MDB dövlət başçılarının Yaltada keçirilmiş qeyri-formal görüşündə müzakirə olunub. MDB dövlət başçıları layihəni növbəti sammitdə nəzərdən keçirmək barədə razılaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR