Bank Of Baku

ABŞ və Rusiya arasında hərbi sahədə sənədlər imzalanıb

ABŞ və Rusiya arasında hərbi sahədə sənədlər imzalanıb
# 16 sentyabr 2010 08:33 (UTC +04:00)
Bakı – APA. Vaşinqtonda ABŞ və Rusiya Federasiyası arasında müdafiə sahəsində qarşılıqlı fəaliyyət haqqında sənədlər imzalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müdafiə nazirləri Robert Geyts və Anatoli Serdyukov tərəfindən imzalanmış sənədlər Memorandum və birgə Bəyannamədən ibarətdir.

R. Geyts imzalanmış sənədlərin çox önəmli olduğunu və ikitərəfli münasibətlərin bu sənədlər üzərində qurulacağını söyləyib: “Rusiya ilə Amerika arasında daha çox birgə tədbirlər, təlimlər və proqramlar həyata keçiriləcək”.

Pentaqon rəhbəri birgə işçi qrupların yaradılacağını da deyib: “Prezidentlər Obama və Medvedev tərəfindən verilən tapşırıqların həyata keçirilməsi üçün forum yaradılacaq. Forumun həmsədrləri müdafiə nazirləri olacaq. İldə azı bir dəfə işçi qrupların yığıncağı keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR