Bank Of Baku

Ermənistan və İran ikitərəfli əlaqələrin səviyyəsindən razıdır

Ermənistan və İran ikitərəfli əlaqələrin səviyyəsindən razıdır
# 16 sentyabr 2010 13:03 (UTC +04:00)
Bakı - APA. İranda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İran prezidenti Mahmud Əhmədinejadla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən yaydığı xəbərə görə, İran prezidenti və Ermənistan XİN rəhbəri ölkələr arasında inkişaf edən müxtəlif xarakterli əməkdaşlıqdan razı olduğunu bildiriblər. Son dövrdə yüksək səviyyədə qarşılıqlı səfərlərin çoxalması, səmərəli iqtisadi əməkdaşlığın təşkili, çoxsaylı qarşılıqlı faydalı proqramların həyata keçirilməsi, geniş hüquqi bazanın mövcudluğu və tərəflərin əlaqələri inkişaf etdirməyə hazır olduqları vurğulanıb.

Görüşdə həmçinin Ermənistan prezidenti Serj Sarksyanın 2009-cu ilin aprel ayında İrana rəsmi səfəri zamanı imzalanmış sənədlərin yerinə yetirilməsi müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR