Bank Of Baku

Qırğızıstan ölkədəki Rusiya hərbi bazalarının icarə haqqını artıracaq

Qırğızıstan ölkədəki Rusiya hərbi bazalarının icarə haqqını artıracaq
# 16 sentyabr 2010 13:14 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan hakimiyyət orqanları Rusiyanın ölkə ərazisindəki hərbi obyektlərinin icarə haqqını artırıblar. APA-nın məlumatına görə, müdafiə naziri Həbibulla Kudayberdiyev bildirib ki, hazırkı icarə haqqı 90-cı illərin əvvəllərində müəyyənləşib və günün tələblərinə cavab vermir. Hazırda Rusiya Qırğızıstan ərazisində saxladığı hərbi obyektlərə görə ildə 4,5 milyon dollar icarə haqqı ödəyir. Eyni zamanda bu məbləğ pul şəklində ödənilmir, Rusiya bu vəsaiti hərbi xarakterli məhsullar verməklə və Qırğızıstan vətəndaşlarının Rusiya hərbi məktəblərində oxumasına şərait yaratmaqla əvəzləyir. Müdafiə naziri icarə haqqının ən azı 3-4 dəfə qaldırılacağını deyib.

Qeyd edək ki, Qırğızıstanda Rusiyanın 5 hərbi obyekti mövcuddur. Bundan başqa ABŞ da “Manas” hava limanından hərbi aviabaza kimi istifadə edir. Vaşinqton bu bazaya görə Qırğızıstana ildə 60 milyon dollar icarə haqqı ödəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR