Bank Of Baku

Kriminal avtoritet “Ded Xasan”a sui-qəsd edilib

Kriminal avtoritet “Ded Xasan”a sui-qəsd edilib
# 17 sentyabr 2010 07:08 (UTC +04:00)
Moskva-APA. Rusiyanın kriminal aləminin lideri, “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyana sui-qəsd edilib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, “Ded Xasan” öz mühafizəçisi Baqaramyan soyadlı şəxslə Tver küçəsindəki evinə gedərkən naməlum şəxs onlara atəş açıb. Ağır yaralanan Usoyan təcili uardım maşını ilə Botkin xəstəxanasına çatdırılıb. “Qanuni oğru”nun xəstəxanaya aparılarkən yolda öldüyü barədə məlumatlar yayılsa da, sonradan hüquq-mühafizə orqanları bu xəbəri təkzib ediblər. Usoyan və mühafizəçisi cərrahiyyə əməliyyatı olunub, onların durumu barədə məlumat verilmir. Hüquq-mühafizə orqanları killerin tək olduğunu və öz qurbanlarına snayper tüfəngindən atəş açdığını bildirir. Hazırda “Ded Xasan”ın əməliyyat olunduğu xəstəxana ciddi nəzarətə götürülüb, Moskva şəhər daxili işlər idarəsinin rəisi Vladimir Kolokolçev bildirib ki, cinayətkarlara başladıqları işi sona çatdırmağa imkan verilməyəcək.
Alsan Usoyana qarşı sui-qəsd faktına qarşı görə cinayət işi başlanıb. Milislər killerin gizləndiyi mənzilə baxış keçirib və cinayət zamanı istifadə olunan silahı aşkarlayıblar. Mənzilin sahibi istintaqa cəlb olunub.
Qeyd edək ki, milliyətcə yezidi kürd olan və Tiflisdə anadan olmuş Aslan Usoyana onun kriminal aləmdə əsas rəqibi, “Taro” ləqəbli Tariyel Oniani haqqında məhkəmə hökmü çıxarıldıqdan iki ay sonra sui-qəsd olunub. Bəzi məlumatlara görə, 2006-cı ildə Oniani və Usoyan arasında münaqişə baş verib və bu münaqişə hələ də davam edir. Qafqazlılardan ibarət mütəşəkkil cinayətkar qruplaşmaların əksəriyyətini özünə tabe edən “Ded Xasan”ın mövqeləri xüsusilə Uralda və ölkənin cənubunda daha güclüdür. Moskva, Sankt-Peterburq, Rusiyanın mərkəzi regionları, yaxın və uzaq xaricin bir sıra ölkələrindəki kriminal dairələrdə Aslan Usoyanın böyük nüfuzu olduğu bildirilir. Aslan Usoyan həm də “Yaponçik”lə yaxın dost olub. “Yaponçik” ötən ilin oktyabrında snayper tüfəngindən açılan atəşlə qətlə yetirilib. Usoyanın əsas rəqibi, Kutaisi qruplaşmasının lideri Tariel Onianinin “Yaponçik”lə də münasibətlərinin gərgin olduğu qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR