Bank Of Baku

Serj Sərkisyan: “Tehranla əməkdaşlıq etmək üçün çoxlu səbəblər var”

Serj Sərkisyan: “Tehranla əməkdaşlıq etmək üçün çoxlu səbəblər var”
# 17 sentyabr 2010 08:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “İran bizim ən vacib qonşularımızdan biridir. Belə alınıb ki, biz xarici aləmlə yalnız Gürcüstan və İran vasitəsilə əlaqə qura bilirik”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan Ukraynanın «Profil» nəşrinə verdiyi müsahibədə deyib: “1990-cı illərin əvvəllərində, Gürcüstanda gərgin vəziyyət olanda, İranla yol olmasa idi, Ermənistan bazarında qiymətlər 4-5 dəfə artardı. Bundan əlavə, İran enerji daşıyıcıları ilə zəngin dövlətdir, Ermənistanda isə belə resurslar yoxdur. Bu sahədə biz çox sıx və məmnuniyyətlə əməkdaşlıq edirik. İran Qarabağ probleminə çox ölçülü siyasətlə yanaşır”.

Serj Sərkisyan bildirib ki, İslam Konfransı Təşkilatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinlərarası münaqişə kimi təqdim olunmasına cəhd edilir: “Bu cəhd çox asanlıqla inkar olunur, çünki Ermənistanın İranla çox gözəl münasibətləri var. Tehranla əməkdaşlıq etmək üçün çoxlu səbəblər var. Bu gün biz əsasən iqtisadi və humanitar sferada əməkdaşlığı inkişaf etdiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR