Bank Of Baku

Anatoli Serdyukov: “Gürcüstanla müharibəyə hazırıq”

Anatoli Serdyukov: “Gürcüstanla müharibəyə hazırıq”
# 17 sentyabr 2010 10:04 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Anatoli Serdyukov deyib. ABŞ-ın Gürcüstan ordusunu silahlandırmasından narahat olduqlarını söyləyən A. Serdyukov bildirib ki, Rusiyanın bölgədə hadisələrin istənilən variantda inkişafına qarşı planları var. O qeyd edib ki, böhranlı vəziyyət yaranarsa, məsələ 2008-ci ildə olduğu kimi 5 günə deyil, daha qısa müddətdə həll olunacaq: “Biz daim hadisələrin mümkün inkişafını təhlil edirik. İki hərbi bazamızdakı qüvvələr və bölmələr istənilən duruma adekvat reaksiya vermək üçün yetərlidir. Sizi əmin edirəm ki, Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya qarşı təcavüzünə bənzər mümkün təcavüzü əngəlləmək üçün bizə beş gün deyil, daha az vaxt lazım olacaq. İstənilən vəziyyətdə özümüzü necə aparmalı olduğumuzu bilirik”.

A. Serdyukov Gürcüstan ordusunun durumunu da daim təhlil etdiklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR