Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyəti MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası sentyabrın 15-də Moskva şəhərində keçirilib. MDB-nin icraçı katibinin, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan Respublikalarının Baş prokurorlarının, Ukrayna, Moldova və Qırğızıstan Respublikalarının Baş prokurorlarının müavinlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda “MDB iştirakçı dövlətlərinin 2011-2013-cü illər ərzində insan alveri ilə mübarizə sahəsində Əməkdaşlıq Proqramı”nın, “MDB iştirakçı dövlətlərinin prokurorluq orqanları və qurumlarının əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı və prokurorluq orqanları və qurumlarının əməkdaşlarının dövlət sığortalanması qaydalarına dair Saziş”in layihələri, “2008-2010-cu illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair dövlətlərarası Əməkdaşlıq Proqramı”nın 2009-cu ildə icrası vəziyyəti və cinayətkarlıqla mübarizə sahəsində MDB iştirakçı dövlətlərinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası təcrübəsinin ümumiləşdirilməsi, Katibliyin ştat cədvəlinin təsdiq edilməsi və digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yekdil qərarı ilə Rusiya Federasiyasının Baş prokuroru Şuranın sədri, Rusiya Federasiyası Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəis müavini isə icraçı katibi seçilib. Bununla yanaşı, “MDB-nin 20 illiyinə həsr olunmuş Tədbirlər Planı”nın həyata keçirilməsində iştirak barədə MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının “MDB-nin 20 illiyinə həsr olunmuş Tədbirlər Planı haqqında” qərarı Azərbaycan Hökuməti tərəfindən verilmiş xüsusi rəy nəzərə alınmaqla imzalanıb. Eyni zamanda “MDB iştirakçı dövlətlərinin 2011-2013-cü illər ərzində insan alveri ilə mübarizə sahəsində Əməkdaşlıq Proqramı”nın təsdiq olunmasına dair qərar qəbul olunarkən “MDB-nin gələcək inkişafı haqqında Konsepsiya”nın imzalanması zamanı Azərbaycan Respublikasının xüsusi rəyi nəzərə alınıb. Tədbir zamanı Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri Rusiya Federasiyası və Qazaxıstan Respublikasının Baş prokurorları, Moldova Respublikası və Ukrayna Baş prokurorlarının birinci müavinləri və bir sıra digər rəsmi şəxslər ilə görüşlər keçirilib, beynəlxalq əməkdaşlığın hazırkı vəziyyəti, mövcud problemlər və onların həlli yolları, həmçinin qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
MDB
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Xəbər Lenti
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğ da göndərilib - FOTOLENT - YENİLƏNİB
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub, xeyli sayda yaralı var
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət
Rusiya gecə saatlarında Kiyevə hücum edib, yaralananlar var
İranın xarici işlər naziri İraqa səfər edib
İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir
BFMTV: Parisdə anomal istilər səbəbindən morqlar dolub
DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finala yüksəlib
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
SEPAH ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib