Bank Of Baku

Yaponiya Gürcüstana 300 000 dollar ayıracaq

Yaponiya Gürcüstana 300 000 dollar ayıracaq
# 17 sentyabr 2010 20:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Yaponiyanın Gürcüstandakı səfirliyində “İnsan təhlükəsizliyinə qrant köməyi ” layihəsi çərçivəsində 4 layihənin imzalanması mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu 4 layihə: Qardabanidə Qırmızı Xaç klinikasının yaxşılaşdırılması, Alazani çayında sahil bərkitmə işlərinin görülməsi, Saqareco rayonunda kənd təsərrüfatı məhsullarının saxlanılması üçün saxlama mərkəzinin yaradılması və Poti şəhərində 3 saylı uşaq bağçasının reabilitasiyası layihələri Yaponiya hökuməti tərəfindən maliyyələşdirilir.
Məlumata görə, bu layihələrin həyata keçirilməsi üçün Yaponiya hökuməti 300 000 dollar vəsait ayırır. Bu proqram çərçivəsində Gürcüstanda artıq Yaponiya tərəfindən 361 milyon dollar həcmində 98 layihə maliyyələşdirilib.
Xatırladaq ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində aptek tikilib və rayonun Axlı-Lələ kəndində 74,898 ABŞ dolları təşkil edən məktəbin reabilitasiyası layihəsi həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR