Bank Of Baku

EÜH: «Robert Koçaryanın sərvəti Ermənistanın ÜDM-nin 50 faizini təşkil edir»

EÜH: «Robert Koçaryanın sərvəti Ermənistanın ÜDM-nin 50 faizini təşkil edir»
# 17 sentyabr 2010 22:48 (UTC +04:00)
Bakı-APA. «Ermənistanın xarici borcunun artaraq dövlət büdcəsinin 50 faizi həddinə çatması fonunda oliqarxların cibləri dolmaqda davam edir». APA-nın armtoday,info-ya istinadən verdiyi məlumata görə, bunu ötən gün İrəvanda keçirilən mitinqdə Erməni Ümummilli Hərəkatının İdarə Heyəti sədrinin müavini Samvel Abramyan deyib. Onun sözlərinə görə, hazırda mövcud rejimin hərtərəfli varlanması prosesi gedir. Abramyanın fikrincə, Ermənistandakı inflyasiya hakimiyyətin ardıcıl siyasətinin nəticəsidir. «Qiymətlərin artması oliqarxların varlanması üçün vasitəyə çevrilib», deyə o vurğulayıb.

Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyan isə öz növbəsində bildirib ki, mövcud iqtidar ölkəni vicdansızcasına talayır və özünü elə aparır ki, sanki hər gün sonuncudur. «Bu gün eks-prezident Robert Koçaryanın sərvəti Ermənistanın ümumdaxili məhsulunun (ÜDM) təxminən 50%-ni təşkil edir. Ermənistan iqtisadi inkişaf göstəricilərinə görə, dünyada mövcud olan ölkələrin siyahısında sonuncu yerlərdədir. Hələ rəsmi məlumatlara görə, ölkənin təxminən 1 milyon vətəndaşı yoxsulluq həddində yaşayır», deyə o bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR