Bank Of Baku

Aram Sarkisyan: «Ermənistan hakimiyyəti Rusiyadan təyin olunacaq»

Aram Sarkisyan: «Ermənistan hakimiyyəti Rusiyadan təyin olunacaq»
# 18 sentyabr 2010 03:15 (UTC +04:00)
Bakı-APA. Ermənistandakı Rusiya bazalarının müddətinin artırılması barədə protokolla iqtidar ölkənin milli maraqlarını Rusiyanın maraqlarına uyğunlaşdırmağa razılaşıb. APA-nın armtoday.info-ya istinadən verdiyi məlumata görə, bu barədə ötən gün İrəvanda keçirilmiş mitinqdə «Respublika» partiyasının lideri Aram Sarkisyan bəyan edib. Onun sözlərinə görə, sözügedən müqavilə ilə erməni tərəfi həmçinin Moskvanın maraqları naminə öz maraqlarını güzəştə getməyə hazır olduğunu göstərib.

Sarkisyanın fikrincə, bu müqavilə onu göstərir ki, Ermənistanda hakimiyyət seçkilərlə seçilməyəcək və Moskvadan təyin olunacaq. Sarkisyan hesab edir ki, mövcud hakimiyyətin əsas məqsədi də elə budur, çünki başqa yolla onlar iqtidarda qala bilmirlər. «Ən dəhşətlisi odur ki, hakimiyyət bunu Qarabağın təhlükəsizliyi naminə etdiyini bəyan edir. Qeyri-qanuni yolla hakimiyyətə gəlmiş bir insanın heç 5 illik sənədləri imzalamaq hüququ yoxdur, lakin o Rusiya bazalarının müddətinin 49 illiyinə artıracaq protokolu imzalayır», deyə Sarkisyan bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR