Bank Of Baku

Avtobus qəzaya uğrayıb, ölən və yaralanan var

Avtobus qəzaya uğrayıb, ölən və yaralanan var
# 18 sentyabr 2010 10:07 (UTC +04:00)
Bakı – APA. Ötən gecə Rusiyada Mahaçqala-Moskva marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, qəza Nevinnomısk-Həştərxan magistralında, Moskva vaxtı ilə saat 05:30-da baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub, daha 7 nəfər isə ağır xəsarət alıb.
Xəsarət alan sərnişinlər dərhal Elista şəhərinin xəstəxanalarına çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri hələ açıqlanmayıb, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR