Bank Of Baku

Rusiya Zakayevi Polşadan təhvil almağı gözləyir

Rusiya Zakayevi Polşadan təhvil almağı gözləyir
# 18 sentyabr 2010 20:47 (UTC +04:00)
Bakı-APA. Moskva Əhməd Zakayevin Rusiyaya ekstradisiya edilməsi üçün müvafiq sənədləri Polşaya göndərib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Rusiya rəsmiləri söz verirlər ki, Zakayevi Rusiyada ədalətli məhkəmə gözləyir.
Müşahidəçilər Zakayevin Moskvaya təhvil verilməsinə inanmırlar. Onların fikrincə, Moskva sadəcə istənilən yolla xaricdə alternativ çeçen təşkilatlarının yaradılmasını əngəlləmək istəyir, odur ki, müxalifətdə olan və xaricdəki sayıb seçilən çeçenləri təqib edir.
Rusiya prokurorluğu Əhməd Zakayevi cinayət məcəlləsinin 11 maddəsi ilə ittiham edir. Burada ağır cinayətlərin törədilməsi maddələri də var.
Bu ittihamları rədd edən Zakayev artıq ekstradisiya araşdırmasından keçib, bir neçə il əvvəl Britaniya onu Rusiyaya verməkdən imtina edib. Bu dəfə Rusiya rəsmiləri Polşanın onların təbirincə, "ədalətli və hüquqi" qərar çıxaracağına ümidvar olduqlarını bildirirlər.
Bu gün Rusiyanın baş prokuroru Yiriy Çayka öz Polşalı həmkarı Andjey Şeremetlə telefon danışığı apararaq Əhməd Zakayevlə bağlı müəyyən təminatlar verib. Rusiya prokurorluğunun rəsmi nümayəndəsi Marina Qridnyova deyir: "Yuriy Çayka Andjey Şeremetə bildirib ki, Zakayev işi ilə bağlı materiallar artıq polyak dilinə tərcümə edilib və Varşavaya göndərilib. O habelə bildirib ki, əgər Əhməd Zakayev Rusiyaya ekstradisiya olunsa, onun beynəlxalq normalarla nəzərdə tutulan bütün hüquqları təmin olunacaq və Əhməd Zakayev barəsində ədalətli məhkəmə qərarı çıxarılacaq".
Çeçenistan prezidenti Ramzan Kadırov bildirib ki, Əhməd Zakayev Rusiyada qanunla cəzalandırılmalıdır.
Moskvalı şərhçi Sanobar Şermatovanın fikrincə Rusiya xaricdəki çeçen icmalarının inteqrasiyasını istəmir və bu işi əngəlləyəcək müxtəlif addımlar atılır: "Zakayev Polşaya elə belə gəlməyib, o çeçenlərin ümumdünya konqresinə gəlib. Moskva hazırkı rəsmi çeçen hökumətinə alternativ təşkilatlarının yaradılmasının əleyhinədir. Belə ki, o çeçenlərin inteqrasiyasında hazırkı hökumətə əsaslı bir müxalifətin yaranacağından ehtiyatlanır. Rəmzi fiqurlar bu işdə xüsusi çəkiyə malikdir. Əhməd Zakayev faktiki yegənə sayıb seçilən rəmzi fiqur qalıb".
Eyni zamanda Şermatova Zakayevin Rusiyaya təhvil verilməsinə inanmır:
"Məncə xarici işlər nazirliyində də başa düşürlər ki, heç kim onu verməyəcək. Amma sadəcə Rusiya sərhədləri yanında konqresin keçirilməsi və burada axtarışda olan Zakayevin iştirakını Moskva sözardına qoya bilməzdi. Mütləq reaksiya lazım idi. Bu, başqa ölkələrə də bir örnək olacaq ki, oxşar şeylər onların ərazisində olsa Moskvanın qəzəbinə tuş gələcəklər", deyir Sanobar Şermatova.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR