Bank Of Baku

Minskdə MDB üzvü olan dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçiriləcək

Minskdə MDB üzvü olan dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçiriləcək
# 21 sentyabr 2010 20:23 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 23-də Minskdə MDB üzvü olan dövlətlərin birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, iclas iştirakçıları birliyin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının Rəhbərləri Şurasının (TXORŞ) fəaliyyətini müzakirə edəcəklər.
Xatırladaq ki, TXORŞ 1997-ci il martın 28-də xüsusi xidmətlərin beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər fəaliyyət sahələrində səmərəli qarşılıqlı fəaliyyətin, habelə təhlükəsizlik orqanlarının səlahiyyətlərinə aid məsələlərdə Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının qərarlarının həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılıb. Şura mövcud olduğu illərdə 28 iclas keçirmiş, bu iclaslarda xüsusi xidmətlərin səlahiyyətlərinə aid 148 məsələyə baxılmışdır.
Daimi səlahiyyətli nümayəndələr şurasının iclasında MDB üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclasının gündəliyinin layihəsinə də baxılacaq.
MDB-nin yaradılmasının 20 illiyinə həsr edilmiş beynəlxalq sərginin və azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanmasının gedişi, 2020-ci ilə qədər olan dövrdə Birlik ölkələrinin innovasiya əməkdaşlığına dair dövlətlərarası məqsədli proqramın ilkin layihəsi barədə məsələləri, MDB üzvü olan dövlətlərin intellektual mülkiyyətin müdafiəsi sahəsində əməkdaşlığını tənzimləyən sənədlərin hökumət başçılarının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR