Bişkek işıqsız qalıb

Bişkek işıqsız qalıb
# 08 yanvar 2011 16:46 (UTC +04:00)
Bakı - APA. Bişkek (Qırğızıstan) şəhərinin böyük hissəsi işıqsız qalıb. APA-nın “AKİpress”ə istinadən xəbərinə görə, buna səbəbə Leninskoye kəndində yerləşən mərkəzi yarımstansiyada qəza baş verməsidir.

Qırğızıstanın energetika naziri Askarbek Şadiyev bildirib ki, qəza şəbəkənin həddən artıq yüklənməsi nəticəsində baş verib. Onun sözlərinə görə, paytaxtda enerji istehlakı saatda 52 mln. kilovata çatıb. Ötən il bu göstərici 32 mln. kilovatı keçməyib.

Qeyd edək ki, bu, 2011-ci ildə Qırğızıstanda baş verən ikinci kütləvi enerji kəsilməsi hadisəsidir. Bu il yanvarın 5-də baş verən qəza nəticəsində ölkənin şimal və cənub-şərq hissələri işıqsız qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR