Bank Of Baku

Gürcüstanın hərbi bazasında baş verən partlayışla bağlı üç nəfər həbs olunub

Gürcüstanın hərbi bazasında baş verən partlayışla bağlı üç nəfər həbs olunub
# 12 yanvar 2011 04:50 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Dünən Gürcüstanda Krtsanisi hərbi bazasında təlim zamanı partlayış nəticəsində baş verən hadisə ilə bağlı 3 nəfər hərbçi həbs edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə istintaqla məşğul olan Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi məlumat yayıb. Məlumata görə, Krtsanisi tədris mərkəzində təhlükəsizlik normaları pozulub. Hadisə ilə bağlı üç nəfər hərbçi məsuliyyətə cəlb olunub.
Dünən Krtsanisi milli mərkəzinin artilleriya bölməsinin qiymətləndirmə və hazırlıq kursunun rəhbəri Tristan Tkeşeliadze, atəş nöqtəsinin rəhbəri polkovnik Mamuka Pareşişvili və artileriya batareyasının komandiri baş leytenant Malxaz Kobaliya saxlanılıb.
CM-nin 403-cü maddəsinin üçüncü hissəsi ilə cinayət işi qaldırılıb və təqsirləndirilən şəxsləri 6 ildən 10 ilə kimi azadlıqdan məhrum etmə gözlənilir.

Xatırladaq ki, yanvarın 11-də ehtiyatsızlıq ucbatından Krtsanisi tədris mərkəzin ərazisində təlim zamanı 120 mm-lik minanın partlaması nəticəsində üç nəfər həlak olub, 13 nəfər hərbçi isə yaralanıb.

Amerikaya səfərə gedən Gürcüstan prezidenti Mixail Saakaşvili həlak olan əsgərlərin ailələrinə başsağlığı verib və bildirib ki, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacaq.
Prezidentin mətbuat katibi Manana Mancqaladzenin dünən keçirdiyi xüsusi brifinqində məlumat verilib ki, həlak olan hərbçilər dövlət hesabına dəfn ediləcək və onların ailələrinə yardım göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR