Bank Of Baku

Qırğızıstanda Kurmanbek Bakiyevin kiçik qardaşı Əhməd Bakiyevin məhkəməsi davam edir

Qırğızıstanda Kurmanbek Bakiyevin kiçik qardaşı Əhməd Bakiyevin məhkəməsi davam edir
# 12 yanvar 2011 08:08 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin kiçik qardaşı Əhməd Bakiyevin məhkəməsi davam edir. APA-nın məlumatına görə, Əhməd Bakiyev kütləvi iğtişaşların təşkilində, silahlı birləşmələr formalaşdırmaqda günahlandırılır. Məhkəmə prosesi təhlükəsizlik amilləri səbəbilə Bişkekdə Respublika Hərbi Məhkəməsinin binasında keçirilir. Prosesdə çıxış edən zərərçəkənlərdən birinin vəkili hakim Nurlan Musayevin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəkilin fikrincə, proses ittiham olunan Əhməd Bakiyevin xeyrinə aparılır. O, məhkəmə zalında videoçəkilişin aparılmasına qadağa qoyulmasına etiraz edib. Xatırladaq ki, Əhməd Bakiyev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Hazırda Qırğızıstanda Bakiyevin bir neçə yaxın qohumunun, o cümlədən qardaşı oğlu Səncər Bakiyevin məhkəməsi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR