Əfsanəvi Ukrayna millətçisi Stepan Banderaya verilmiş “Ukrayna qəhrəmanı” adı geri alınıb

Əfsanəvi Ukrayna millətçisi Stepan Banderaya verilmiş “Ukrayna qəhrəmanı” adı geri alınıb
# 12 yanvar 2011 10:56 (UTC +04:00)
Bakı – APA. Sabiq prezident Viktor Yuşşenko tərəfindən II Dünya müharibəsi illərində Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış Stepan Banderaya verilmiş “Ukrayna qəhrəmanı” adı məhkəmə qərarı ilə ləğv edilib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hələ 2010-cu ilin aprelində Donetsk İnzibati Məhkəməsi V. Yuşşenkonun fərmanını etibarsız sayıb. Donetsk Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb: “Bu qərar qüvvəyə minib və müvafiq fərman ləğv edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR