Bank Of Baku

Acarıstan hökumətində kadr dəyişiklikləri aparılıb

Acarıstan hökumətində kadr dəyişiklikləri aparılıb
# 12 yanvar 2011 20:56 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. Acarıstan hökumətində kadr dəyişiklikləri baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Acarıstan hökuməti məlumat yayıb. Məlumata görə, kənd təsərrüfatı naziri Emzar Dzirkvadze Acarıstan Muxtar Respublikası hökuməti sədrinin məsləhətçisi təyin olunub, onu isə Donara Surmanidze əvəz edəcək.

Muxtar respublikanın turizm departamentində də kadr dəyişiklikləri olub. Turizm və kurortlar departamentinin sədri Temur Diasamidze bundan sonra Protokol və Media ilə əlaqə Departamentinə rəhbərlik edəcək. Baçuxi Çxeidze isə turizm və kurortlar departamentinin sədri təyin edilib. Turizm agentliyinə Sofiko Nikolaişvili rəhbərlik edəcək.

Şuaxevi Rayon İcra Hakimiyyətinin başçısı Omar Meqrelidze Acarıstan hökuməti aparatının rəhbəri təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR