Bank Of Baku

Gürcüstanda ARDNŞ-in yanacaq doldurma məntəqələrində "Mcdonalds" restoranları fəaliyyət göstərəcək

Gürcüstanda ARDNŞ-in yanacaq doldurma məntəqələrində "Mcdonalds" restoranları fəaliyyət göstərəcək
# 14 yanvar 2011 17:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtındakı "Tbilisi Mariott" mehmanxanasında ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstandakı "Mcdonalds" nümayəndəliyinin rəhbəri Temur Çkoniya ilə əməkdaşlıq barədə razılaşma imzalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ARDNŞ-in Gürcüstandakı benzin doldurma məntəqələrində "Mcdonalds" restoranları açılacaq.

ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov jurnalistlərə bildirib ki, bu əhaliyə yeni serviz xidməti olacaq. "SOCAR-ın yanacaqdoldurma məntəqələrində tez qidalanmaq üçün restoranlar istifadəyə veriləcək. Biz bu işə əvvəlcə Batumi şəhərindən başlayacaq, sonra digər böyük şəhərlərdə 5 restoran tikəcək, o cümlədən Marneulidə də "Mcdonalds" restoranı açılacaq".

"Mcdonalds"ın Gürcüstan nümayəndəliyinin rəhbəri qeyd edib ki, Azərbaycanın investisiya qoyduğu bu layihələr ən vacib bir layihələrdir. "Bu "Mcdonalds"larda 520 nəfər işləyəcək və iki böyük şirkətin sintezi ilk dəfədir ki, Qafqazda belə bir vacib layihə həyata keçirir", deyə Temur Çkoniya bildirib.

Xatırladaq ki, azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində tikiləcək "Mcdonalds" binasının layihəsinin təqdimatı ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçən il keçirilib. Hazırda Marneulinin mərkəzində yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir və onun yanında olan keçmiş "Çay Evi"nin yerində "Mcdonalds" restoranı tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR