Bank Of Baku

Rusiyada korrupsiya faktları üzrə cərimələrin məbləği artırılır

Rusiyada korrupsiya faktları üzrə cərimələrin məbləği artırılır
# 15 yanvar 2011 14:45 (UTC +04:00)
Bakı – APA. Rusiyada korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə mövcud qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulub. APA-nın məlumatına görə, təklif olunan yeniliklərin əsas mahiyyəti korrupsiyada ittiham olunan şəxslərə qarşı cərimələrin kəskin artırılmasından ibarətdir.
Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşin hesab edir ki, rüşvət faktı ilə əlaqədar həbs olunan şəxslərin islah olunmasında həbsxanaların rolu olduqca aşağıdır. Bunun əvəzində isə maliyyə cərimələrinin artırılması daha məqsədəuyğundur. Bu, öz növbəsində, dövlət büdcəsinin gəlirlərini xeyli artıra bilər. Belə ki, korrupsiya faktları ilə bağlı yeni cərimələrin alınan rüşvətin məbləğindən bir neçə dəfə artıq təyin edilməsi təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR