Bank Of Baku

Polşa prezidentinin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəblərini araşdıran komissiyası işini tamamlayıb

Polşa prezidentinin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəblərini araşdıran komissiyası işini tamamlayıb
# 15 yanvar 2011 15:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəblərini araşdıran Rusiyanın dövlət komissiyası işini yekunlaşdırıb. APA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti tərəfindən məlumat yayılıb.

Məlumatda bildirilir ki, Rusiyanın baş naziri Vladimir Putinin rəhbərlik etdiyi komissiya tərəfindən zəruri tədbirlər həyata keçirilib. Belə ki, qəzanın səbəblərini aydınlaşdırmaq məqsədilə sübutlar toplanıb, həlak olanların meyitlərinin tanınması üçün onların üzərində ekspertiza aparılıb.
Komissiya belə qənaətə gəlib ki, qəzaya səbəb insan faktoru olub. Belə ki, pilot təyyarənin uğursuz hava şəraitində enməsi ilə bağlı qərar qəbul edib. Güman edilir ki, pilot bu addımı təzyiq nəticəsində atıb. Çünki təyyarəçilərin bortunda Polşa Hərbi Hava Qüvvələrinin komandanının meyiti tapılıb və onun qan analizində alkoqol aşkarlanıb.
Məlumatda o da qeyd olunub ki, komissiya öz fəaliyyətini Beynəlxalq Aviasiya Komitəsinin rəyindən sonra tamamlayıb.

Dövlət Komissiyasının nümayəndəsi Vladimir Markin isə «İntefaks»a bildirib ki, komissiyanın fəaliyyətində və şahid ifadələrinin alınması prosesində Polşadan olan mütəxəssislər də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR