Bank Of Baku

Rusiyanın baş nazirinin adı Avropa İttifaqının “qara siyahı”sına düşə bilər

Rusiyanın baş nazirinin adı Avropa İttifaqının “qara siyahı”sına düşə bilər
# 17 yanvar 2011 08:08 (UTC +04:00)
Bakı-APA. Rusiyanın baş naziri Vladimir Putinin adı Avropa İttifaqının “qara siyahı”sına düşə bilər. APA-nın “The New Times”a istinadən yaydığı məlumata görə, buna səbəb baş nazirin adının Mixail Xodorkovski və Platon Lebedevin cinayət işində hallanmasıdır. Jurnal “qara siyahı”ya baş nazirin müavini İqor Seçinin, “YUKOS” işini aparan müstəntiqlərin, prokurorların və hakimlərin adlarının da düşəcəyini bildirir. Bu şəxslərə Avropa İttifaqı ərazisinə daxil olmaq üçün viza verməkdən imtina edilə və xarici banklardakı hesabları dondurula bilər.

Xatırladaq ki, ötən ilin dekabrında Xodorkovski və Lebedev ikinci “YUKOS” işi üzrə məhkəmə hökmü ilə 13,5 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs 218 milyon ton neft məhsulunu mənimsəməkdə və satışdan əldə olunan çirkli pulları yumaqda ittiham olunurlar.

Qeyd edək ki, ötən ilin dekabrında Avroparlamentin deputatları hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan 60-ya yaxın məmurun aktivlərini dondurmaq barədə Avropa İttifaqı ölkələrinə tövsiyə əks olunan qətnamə qəbul ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR