Yuri Lujkov Latviyada yaşamaq istəyir

Yuri Lujkov Latviyada yaşamaq istəyir
# 17 yanvar 2011 09:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Moskvanın keçmiş meri Yuri Lujkov Latviyada yaşamaq hüququ almaq üçün rəsmi müraciət edib. APA-nın Latviya mediasına istinadən verdiyi məlumata görə, keçən ilin sonunda Y. Lujkov Latviyanın Rusiyadakı səfirliyində olub və bu ölkədə yaşamaq istədiyini bildirib.

Y. Lujkovun Latviyada yaşamaq hüququ almağa qanuni haqqı var, çünki o, tələb olunan 200 min latı Latviya banklarından birinə yatırıb. Bundan əlavə, Latviyada ona məxsus daşınmaz əmlak var.

Latviyanın daxili işlər naziri Linda Murtsietse bildirib ki, hazırda Y. Lujkovun bu sərmayəsinin mənbəyi yoxlanılır və bunun üçün Rusiya tərəfi ilə əməkdaşlıq etmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR