Bank Of Baku

Ukraynada prezidentə sui-qəsd hazırladıqları şübhəsiylə 9 nəfər həbs edilib

Ukraynada prezidentə sui-qəsd hazırladıqları şübhəsiylə 9 nəfər həbs edilib
# 17 yanvar 2011 12:15 (UTC +04:00)
Bakı – APA. Ukraynanın İvano-Frankovsk vilayətində millətçi qrupun 9 üzvü həbs edilib. APA-nın xəbərinə görə, Ukraynanın “Seqodnya” qəzeti yazıb ki, hakimiyyət orqanları bu şəxslərin prezident Viktor Yanukoviçə qarşı sui-qəsd hazırlamasından şübhələnir.

Həmin şəxslər vilayətin Zaqvozdya kəndindəki bir evdə yaxalanıb. Ev prezident təyyarəsinin hərəkət istiqamətində yerləşir. Evdə iki snayper tüfəngi, “Kalaşnikov” avtomatı, qumbaralar, patronlar, pompalı silahlar, eləcə də iz itirmək və xarici görünüşü dəyişmək üçün istifadə olunan ləvazimatlar aşkarlanıb. Saxlanılanlar “Trizub” təşkilatının üzvü olduqlarını bildiriblər. Bu qrupun Stalinin Zaporojyedəki abidəsinin partladılmasında əl olduğu güman edilir.

“Seqodnya” qəzeti hadisədən sonra prezident təyyarəsinin kursunun dəyişdirildiyini yazıb. Lakin rəsmi orqanlar prezidentə sui-qəsd hazırlandığı xəbərini təsdiq etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR