Bank Of Baku

Rusiya Federasiyası Təhqiqat Komitəsi imperator II Nikolay və ailəsinin güllələnməsi ilə bağlı cinayət işini bağlayıb

Rusiya Federasiyası Təhqiqat Komitəsi imperator II Nikolay və ailəsinin güllələnməsi ilə bağlı cinayət işini bağlayıb
# 17 yanvar 2011 14:58 (UTC +04:00)
Moskva-APA. Rusiya Federasiyası Təhqiqat Komitəsi imperator II Nikolay və ailəsinin güllələnməsi ilə bağlı cinayət işini bağlayıb. APA-nın məlumatına görə, imperator ailəsinin vəkili German Lukyanov jurnalistlərə bildirib ki, 1993-cü ildə başlanmış cinayət işi yanvarın 14-də bağlanıb. Cinayət işinin bağlanmasının səbəbləri açıqlanmayıb. Vəkil Təhqiqat Komitəsinin bu qərarından şikayət verib-verməyəcəyinə də aydınlıq gətirməyib.

Xatırladaq ki, II Nikolay, həyat yoldaşı və övladları Ural Şurası Prezidiumunun qərarı ilə 1918-ci ildə ölüm hökmünə məhkum ediliblər. Hökm 1918-ci il iyulun 17-də Yekaterinburqda icra olunub. İmperator və ailə üzvlərinin dəfn mərasimi gizli keçirilib, 1991-ci ildə isə güllələnən çar ailəsi üzvlərinin bəzilərinin meyitlərinin qalıqları tapılıb və Sankt-Peterburqda yenidən dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR