Bank Of Baku

Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
# 18 yanvar 2011 13:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov yanvarın 20-də Türkiyəyə səfər edəcək. APA-nın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbulda S. Lavrovun və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sədrliyi ilə Strateji planlaşdırma üzrə birgə qrupun ilk iclası keçiriləcək. İclasda Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasında ali səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində yaradılmış Rusiya-Türkiyə əməkdaşlığının bu yeni mexanizminin təşkilati məsələləri müzakirə olunacaq.
Görüşdə həmçinin ikitərəfli və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq, eləcə də Avropa təhlükəsizliyi, Yaxın Şərq nizamlanması, Balkanlar, Cənubi Qafqaz və dünyanın digər regionlarında vəziyyət müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR