Bank Of Baku

Moskvanın “Domodedovo” hava limanında baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb

Moskvanın “Domodedovo” hava limanında baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb
# 24 yanvar 2011 15:55 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin “Domodedovo” hava limanında baş verən partlayış nəticəsində 31 nəfər ölüb, 130 nəfər yaralanıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Rusiyadakı bəzi bloqlarda isə şahidlərə istinadən ölənlərin sayının 70-ə yaxın olduğu barədə informasiyalar yayılıb.

Partlayış Moskva vaxtı ilə saat 16.32-də hava limanının beynəlxalq reyslər üzün nəzərdə tutulan baqaj bölümündə törədilib. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. O, hadisə yerindəki güclü tüstünün meyitləri saymağa imkan vermədiyini söyləyib. “Domodedovo”ya təyyarələrin enişi ləngidilir.

Hadisə yerinə təcrübəli kriminalistlər göndərilib. Baş nazir Vladimir Putin olay haqqında məlumatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR