Bank Of Baku

Tiflisdə Nodar Dumbadzenin Azərbaycan dilində "Ağ bayraqlar" əsərinin tamaşası hazırlanır

Tiflisdə Nodar Dumbadzenin Azərbaycan dilində  "Ağ bayraqlar" əsərinin tamaşası hazırlanır
# 24 yanvar 2011 22:02 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında istedadlı gürcü yazıçısı Nodar Dumbadzenin "Ağ bayraqlar" əsəri tamaşaya hazırlanır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, fevralın əvvəlində tamaşaçılara əsərin ilk premyerası təqdim olunacaq. Tamaşanın rejissoru Namiq Valehoğludur. Əsərin mövzusu Tiflis qalasındakı məhbus kamerasında baş verən hadisələrdən bəhs edir. Rollarda artıq Tiflis teatr tamaşaçıları arasında öz istedadları ilə tanınan gənc artistlərdən Vüqar Maşov, Binəli İslam oğlu, Namiq Musayev, Anar Rafiq oğlu, Aslan Məmmədov, Fazil Bayramov və Azər Əliyev oynayırlar.
Gənc rejissor Namiq Valehoğlu APA-ya açıqlamasında Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının səhnəsində oynanılacaq bu əsərə maddi dəstək verdiyinə görə Azərbaycanın Diaspora İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib: "Sevinirik ki, komitə rəhbərliyi gənclərimizin istedadını görüb bizi dəstəkləməyə söz verdi. Qeyd edim ki, keçən ilin yayında Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov aktyorlarımızla görüşdə teatrımızın gənc kollektivinin hazırlayacağı dörd tamaşaya dəstək verəcəyini bildirmişdi. İndi biz bir əsər hazırlamışıq və gələcəkdə daha üç tamaşa hazırlamağı düşünürük. Fevralın əvvəlində tamaşanın ilk premyerası ilə tamaşaçıları tanış edəcəyik. Nodar Dumbadzenin "Ağ bayraqlar" əsəri psixoloji bir əsərdir. Mən əsərdə rejissor kimi dəyişikliklər etmişəm. Məsələn, əsərdə göstərilən erməni surətini azərbaycanlı epizodla əvəz etmişəm. Tamaşa üzərində məşqlərimiz yüksək səviyyədə davam edir və biz düşünürük ki, azərbaycanlı və gürcü tamaşaçılarının rəğbətini qazana biləcəyik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR