Moskva şəhəri və Moskva vilayətində 26 yanvar matəm günü elan olunub

Moskva şəhəri və Moskva vilayətində 26 yanvar matəm günü elan olunub
# 25 yanvar 2011 14:27 (UTC +04:00)
Bakı – APA. Rusiyanın paytaxtı Moskva şəhərinin və Moskva vilayətinin rəhbərliyi 26 yanvarı matəm günü elan ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qərar “Domodedovo” hava limanında baş vermiş terror aktı nəticəsində çoxsaylı insan ölümləri ilə əlaqədardır.

Yanvarın 26-da paytaxtda və vilayət ərazisində bayraqlar endiriləcək. Teleradio şirkətlərinə əyləncəli proqramlar və tədbirləri ləğv etmək tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR