Bank Of Baku

ABŞ Domodedovo aeroportunda terror aktını araşdırılmasında Rusiyaya yardım etməyə hazırdır

ABŞ Domodedovo aeroportunda terror aktını araşdırılmasında Rusiyaya yardım etməyə hazırdır
# 25 yanvar 2011 17:54 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedev ilə telefon söhbətində bildirib ki, ABŞ Moskvanın Domodedovo aeroportunda baş vermiş terror aktının araşdırılmasında yardım etməyə hazırdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 24-də Moskvanın Domodedovo aeroportunun beynəlxalq terminalında baş vermiş partlayış nəticəsində 35 nəfər həlak olub, 100 nəfərdən artıq sərnişin xəsarət alıb. Partlayışın gücü 7 kiloqram trotilə bərabərdir.
Rusiya prezidentin mətbuat xidməti bildirir ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. ABŞ prezidenti Rusiya xalqına dərin başsağlığı verərək bildirib ki, bu cinayətin araşdırmasında Vaşinqton bütün lazımi yardım göstərməyə hazır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR