Bank Of Baku

Domodedovo rəhbərliyi Dmitri Medvedyevə cavab verib

Domodedovo rəhbərliyi Dmitri Medvedyevə cavab verib
# 25 yanvar 2011 22:41 (UTC +04:00)
Bakı-APA. Domodedovo aeroportunda törədilmiş partlayışa görə aeroportun rəhbərləri cavabdehdir - bunu Rusiya prezidenti Dmitri Medvedyev deyib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Medvedyev aeroportda təhlükəsizliyin lazımi səviyyədə təmin olunmadığını söyləyib.
Aeroportun rəhbərliyi isə prezidentin tənqidini rədd edib. Onlar deyiblər ki, bomba partlayan ərazidə təhlükəsizliyə aeroport rəhbərliyi yox, polis cavabdehdir.
Dünən törədilmiş partlayış zamanı 35 adam ölüb, 100-dən artıq insan yaralanıb.
"Belə böyük həcmdə partlayıcı maddəni aeroporta gətirmək üçün kimsə gərgin səy göstərib" - Dmitri Medvedyev deyib.
Rusiyada çoxları Şimali Qafqazdan olan silahlılardan şübhələnir. Onlar tez-tez Rusiyada törədilən terror aktlarına görə ittiham olunurlar.
2010-cu ilin martında Moskva metrosunda törədilmiş iki partlayışda 40 adam ölmüşdü.
Hücumları Dağıstandan olna iki intiharçı-kamikadze qadının törətdiyi bildirilmişdi.
Adının çəkilməsini istəməyən rəsmilər deyiblər ki, bazar ertəsi törədilmiş partlayışlara görə 3 nəfər şübhəli bilinir.
Rusiyanın RİA Novosti agentliyinin verdiyi və təsdiqlənməmiş məlumata görə, bir adının çəkilməsini istəməyən təhlükəsizlik mənbəsi deyib ki, hücum barədə xəbərdarlıq bir həftə əvvəl alınıb.
Qafqazda vuruşan silahlı qruplar Rusiya prezidenti və baş nazirinin cəmiyyətin təhlükəsizliyinə nəzarət etməsinə dair fikirlərə zərbə vurmağa çalışır.
Rusiya televiziyası ilə etdiyi çıxışında Prezident Medvedyev aeroport menecerlərinin Domodedovo aeorportuna partlayıcı maddə keçirilməsinə görə məsuliyyət daşıdıqlarını bildirib.
"Yerindən və digər əlamətlərdən görünür ki, bu yaxşı hazırlanmış bir terror hücumu idi və mümkün qədər çox insanın öldürülməsinə hesablanmışdı" – Medvedyev deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR