Bank Of Baku

MDB ekspertləri Dünya Mədəni İrsinin Qorunması Mərkəzinin yaradılmasını müzakirə edirlər

MDB ekspertləri Dünya Mədəni İrsinin Qorunması Mərkəzinin yaradılmasını müzakirə edirlər
# 26 yanvar 2011 08:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Dünya Mədəni İrsinin Qorunması Mərkəzinin yaradılması ilə bağlı konsepsiyasının layihəsini hazırlayan işçi qrupun iclası keçiriləcək. Bu barədə APA-ya MDB İcra Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Konsepsiya layihəsinin hazırlanması MDB hökumət başçılarının tərəfindən 2011-2012-ci illər üçün humanitar əməkdaşlığa dair prioritet tədbirlər planında nəzərdə tutulub. Mərkəzin UNESCO-nun Moskvada fəaliyyət göstərən şəhərsalma və memarlıq abidələri kafedrasının bazasında yaradılması nəzərdə tutulur.

İşçi qrupun iclası iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR