Bank Of Baku

Mixail Saakaşvili Azərbaycan və Türkiyənin nəqliyyat nazirlərini qəbul edib

Mixail Saakaşvili Azərbaycan və Türkiyənin nəqliyyat nazirlərini qəbul edib
# 26 yanvar 2011 19:34 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovu və Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırımı qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tərəflər yanvarın 25-26-da Tiflisdə keçirilən "Bakı-Tiflis-Qars" dəmir yolu layihəsi çərçivəsində üçtərəfli görüşlərdə olan danışıqları müzakirə ediblər.
Gürcüstan prezidenti layihənin həyata keçirilməsi ilə maraqlanıb. O, layihənin istifadəyə verilməsinin region üçün və Asiya və Avropa arasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Gürcüstan prezidenti nazirlərlə eyni zamanda sərhədyanı prosedura məsələlərin asanlaşdırılmasını da müzakirə edib.
Gürcüstan prezidenti ilə görüşdə ölkənin infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR