Bank Of Baku

Dmitri Medvedev: «Əhmədinecat dünya ictimaiyyətini nüvə proqramının dinc xarakter daşıdığına inandırmaq istəyir»

Dmitri Medvedev: «Əhmədinecat dünya ictimaiyyətini nüvə proqramının dinc xarakter daşıdığına inandırmaq istəyir»
# 27 yanvar 2011 04:56 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, iranlı həmkarı Mahmud Əhmədinecat onunla söhbətində dünya ictimaiyyətini nüvə proqramının dinc xarakter daşıdığına inandırmağın vacibliyi fikri ilə razılaşıb.

«İran öz nüvə proqramı barədə dünya ictimaiyyətinin şübhələrini dağıtmalı və bizi proqramın dinc xarakter daşıdığına inandırmalıdır», deyə Medvedev bildirib.

Rusiya prezidenti xatırladıb ki, bu yaxınlarda sözügedən məsələni Mahmud Əhmədinecatla telefon vasitəsilə müzakirə edib.

«Mən bu yaxınlarda prezident Əhmədinecata zəng edib bu barədə demişəm. O da mənimlə razılaşıb», deyə Medvedev bildirib.

O qeyd edib ki, Rusiya «bu gün həyata keçirilən çətin dialoqun uğurla başa çatması üçün» bütün imkanlardan istifadə etmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR